Accessibility links

Avropa Parlamentinin deputatı: Azərbaycan avtokratik Rusiya və Belarusun addımları ilə gedir


Marina Kalyurand, Avropa Parlamentinin deputatı
Marina Kalyurand, Avropa Parlamentinin deputatı

"Azərbaycan avtokratik Rusiya və Belarusun addımları ilə gedir".

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin etimadnaməsini qəbul etməyərək bir il müddətində Assambleyadan kənarlaşdırmağa qərar verilməsinə münasibətində bildirib.

“Məyusedici və kədərlidir. Aİ-nin “etibarlı iqtisadi tərəfdaşı” olmaq istəyən ölkədən davranış gözlənilməzdir”, o deyib.

Öz növbəsində Milli Məclisin sədri Sahibə Qafarova fevralın 1-də parlamentin plenar iclasında deyib ki, bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir.

"Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir".

Qafarova vurğulayıb ki, Cənubi Qafqazın indiki mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var.

Rəsmi Bakı Azərbaycan nümayəndə heyətinin AŞPA-da bir il müddətinə səlahiyyətlərinin təsdiq edilməməsini ölkənin ərazi bütövlüyünü təmin etməsi ilə əlaqələndirir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasını "qərəzli" olmaqda ittiham edib.

"Biz AŞPA-nın ölkəmizə qarşı qərəzli addımını qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirib. Mən tamamilə razıyam ki, bizə qarşı bu pis niyyətli addım Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır", nazir bildirib.

Onun fikrincə, Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsindən imtina haqqında təklif "Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq".

Bayramov hesab edir ki, bu addımın "ciddi və dönülməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşür".

Forum

XS
SM
MD
LG