2023-cü ildə dekabrın 7-də Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmağa dair niyyətlərini təsdiqləyən birgə bəyanatı iki ölkə arasında yekun razılaşmanın əldə olunması istiqamətində mühüm irəliləyiş kimi qiymətləndilir. Azərbaycan və Ermənistan arasında ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə çoxtərəfli və ikitərəfli görüşlər keçirilib. Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsinə kömək etməyə hazır olduğunu bildirib. Yaxın zamanlarda Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri arasında ABŞ-ın vasitəçiliyi ilə danışıqların yeni raundunun keçirilməsi gözlənilir. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın sabiq diplomatı Riçard Hoqland Amerikanın Səsinə müsahibədə sülh prosesindən gözləntilər və ABŞ-ın səyləri haqda danışıb.
Riçard Hoqland: Vacib olan Əliyev və Paşinyanın sülh prosesinə sadiq olmasıdır
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı