Ərdəbil vilayətinin yerli mətbuatının yaydığı məlumata görə, son günlər narkotik maddə qaçaqmalçılığı cinayətlərindən təqsirkar bilinən cəmi 6 məhbus edam edilib.
İran mətbuatında yayılan məlumata əsasən, dekabrın 20-də səhər saatlarında Ərdəbil həbsxanasında 2 nəfərin edam hökmü icra edilib.
Bildirilir ki, ötən günlərdə bu Ərdəbil həbsxanasında narkotik cinayətləri ilə bağlı daha 4 məhbus edam edilib. Ötən günlərdə edam edilən 4 məhbusun edamının dəqiq tarixi məlum deyil. Həmçinin bu 6 edam məhkumunun adı və kimliyi açıqlanmayıb. Həmin xəbərdə edam məhkumlarının hökmünün Ali Məhkəmə tərəfindən qüvvədə saxlandığı da qeyd olunub.
İran İnsan Haqları Təşkilatı (İHR) bu edamlarla bağlı məlumatlı mənbəyə istinadən bildirib ki, "çox güman ki, həmin məhkumlar başqa həbsxanalardan Ərdəbil Mərkəzi Həbsxanasına köçürülüb və onların edam hökmü icra edilib. Noyabrın 20-dən bəri Ərdəbil Mərkəzi Həbsxanasında heç bir məhbus edam üçün müəyyən bölməyə köçürülməyib."
İranda narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edamlar keçən 3 il ərzində davamlı şəkildə artıb.
İHR-nin 2022-ci ilinə aid hesabatında İranda 582 nəfərin edam edildiyi, və bu rəqəmin 2015-ci ildən bəri ən yüksək edam sayı olduğunu bildirib.
Forum