Accessibility links

Urmiyə, Qum və Zahidan şəhərlərində yeddi məhbus edam edilib


Hüquq müdafiəçiləri keçən 5 gün ərzində İranda ən azı 7 edam məhkumunun hökmünün tətbiq edildiyinə dair məlumat yayıblar.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə asılan üç məhkum, Qum vilayətinin mərkəzi Qum şəhərində iki və Sistan-Bəluçistan vilayətinin mərkəzi Zahidanda asılan iki məhkumun adlarını açıqlayıb.

Cümə günü səhər saatlarında Urmiyənin mərkəzi həbsxanasında dar ağacından asılan Əli Şahinnejad, Sövlət Tosən və Canəli Nədiminin daha əvvəl narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə olunduqları bildirilib.

IHR Urmiyədə edam edilən şəxlərin yas mərasimi elanlarının surətini nəşr edib.

Qum şəhərinin mərkəzi həbsxanasında iki məhkumun edam hökmü şənbə günü icra edilib.

Mehdi Nəsiri və Abbas Kitabinin də narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məhkum olunduqları bildirilib.

İran İnsan Haqları təşkilatının xəbərinə görə, eyni ittihamla mühakimə olunmuş Əbdülbasit Gorgic və Əbdüləziz Şəhlibər də şənbə günü Zahidanın mərkəzi həbsxanasında dar ağacından asılıblar.

Hüquq müdafiə qurumunun veb səhifəsində yazılanlara görə, İranda narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edamlar keçən 3 il ərzində davamlı şəkildə artıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG