Accessibility links

Təbriz, Ərdəbil və Kərəcdə edam hökmləri icra edilib


Kərəcin Qızılhasar həbsxanası
Kərəcin Qızılhasar həbsxanası

Bazar ertəsi günündən bəri Təbriz, Ərdəbil və Kərəc şəhərlərində ən azı 6 məhkumun ölüm cəzası tətbiq edilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatına (IHR) istinadən, 4 məhkum çərşənbə günü Kərəcin Qızılhasar həbsxanasında dar ağacından asılıblar.

Məhkumların ikisi narkotik maddə qaçaqmalçılığı, digər ikisi isə qətl ittihamı ilə mühakimə olunmuşdular.

Eyni gün bir edam hökmü də Təbrizin mərkəzi həbsxanasında tətbiq edilib. Təbrizin kəndlərindən olan 48 yaşlı İbrahim Zəmhərir 3 il əvvəl narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məhkum olunub.

40 yaşlı Siyamənd Bukani isə noyabr ayının 20-də Ərdəbilin mərkəzi həbsxanasında dar ağacından asılıb.

Əslən Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində olan Bukani qətl ittihamı ilə mühakimə olunub və edam cəzası almışdı.

IHR təşkilatının xəbərinə görə, keçən cümə günü "Bukani və başqa bir edam məhkumu edam edilmək üzrə təkadamlıq kameraya göndərilmişdilər. Ancaq, digər məhkumun cəzasının icrası qətlə yetirdiyi şəxsin ailəsindən diyə-təzminat məbləğini hazırlamaq üçün bir aylıq möhlət aldığına görə təxirə salınıb."

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. "Diyə" şəriət qanunlarına görə hesablanan bir təzminat növüdür.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG