Accessibility links

İnsan haqları qrupu: İran 2022-ci il etirazları ilə bağlı bir nəfəri gizli edam edib


İranda keçən il ölkə boyu baş qaldıran kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşını öldürməkdə təqsirli bilinən bir şəxs cümə axşamı gizli olaraq edam edilib.

Bu, İranın qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən gənc kürd qadın Məhsa Əmininin həbsdə ölməsindən sonra 2022-ci ilin sentyabrında başlayan etirazlarla bağlı iş üzrə İranın həyata keçirdiyi səkkizinci edam olub.

Norveçdə yerləşən Hengaw təşkilatı Milad Zöhrəvəndin Həmədan şəhərinin qərbindəki həbsxanada səhər tezdən edam edildiyini bildirib.

O, keçən ilin noyabrında Malayer şəhərində etiraz aksiyası zamanı İnqilab Keşikçiləri Korpusunun zabitini öldürdüyünə görə ölüm cəzasına məhkum edilib.

Əsasən kürd problemlərinə diqqət yetirən Henqaw-ın dediyinə görə, Zöhrəvənd edamının yaxınlaşdığına dair əvvəlcədən heç bir bildiriş almayıb və son dəfə ailəsi ilə görüşməsinə icazə verilməyib.

20 yaşlarında olan Zöhrəvəndin edamı ilə bağlı İran mətbuatında heç bir məlumat verilməyib.

Hüquqşünasların "Dadban" kollektivi də sosial şəbəkədə edamın həyata keçirildiyini təsdiqləyib və əlavə edib ki, Zöhrəvənd vəkildən imtina edilib.

İran hakimiyyəti bundan əvvəl 2022-ci il etirazları ilə bağlı 7 nəfəri edam edib. Bu, insan haqları qrupları və Qərb hökumətlərinin qınaqlarına səbəb olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG