Accessibility links

İranda 17 yaşlı gənc edam edilib


İranda qətldə ittiham olunan 17 yaşlı Həmidreza Azari edam edilib. Bu barədə İran İnsan Haqları (IHR) və Hengaw hüquq müdafiə təşkilatları məlumat yayıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, edam noyabrın 24-də Səbzevər həbsxanasında həyata keçirilib.

İddia edilən cinayət 2023-cü il aprelin 28-də baş verib və o vaxt Azari 16 yaşında idi. İran İnsan Haqları təşkilatı dövlət mediasının onun 18 yaşında olduğunu dediyini bildirib. Hüquq müdafiəçilərinin fikrincə, bu, beynəlxalq qanunların pozulmasına görə, məsuliyyətdən yayınmaq üçün qəsdən edilən cəhddir.

İranın da qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən 18 yaşına çatmamış şəxslər ölüm cəzasına məhkum edilə bilməz.

İranda cinayət məsuliyyətinin yaşı şəriət qanunları ilə müəyyən edilir. Bu, qızlar üçün 9, oğlanlar üçün 15 yaşdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG