Accessibility links

Təbrizdə üç fəal müvəqqəti sərbəst buraxılıb


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

Hüseyn Azadi, Əmir Hüseyn Ağayi və İbrahim Əvəzzadə adlı üç milli fəal Təbriz Mərkəzi Həbsxanasından məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin verdiyi məlumata görə, Hüseyn Azadi Təbriz Kəşfiyyat İdarəsində və bu şəhərin mərkəzi həbsxanasında 68 gün saxlandıqdan sonra dünən, noyabrın 29-da 500 milyon tümənlik girov müqabilində azadlığa buraxılıb. Bu gün, noyabrın 30-da Əmirhüseyn Ağayi 79 gün nəzarətdə saxlandıqdan sonra eyni məbləğlə Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Güneyli fəal Hüseyn Azadi müvəqqəti azadlığa buraxılıb
Güneyli fəal Hüseyn Azadi müvəqqəti azadlığa buraxılıb

Əslən Təbriz şəhərindən olan siyasi fəal İbrahim Əvəzzadə bu gün Təbriz Mərkəzi Həbsxanasından müvəqqət olaraq sərbəst buraxılıb. O, Tehranda oktyabrın 2-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınmışdı. Əvəzzadə 60 gün təhlükəsizlik qüvvələrinin nəzarətində saxlandıqdan sonra məhkəmənin son qərarına qədər sərbst buraxılıb. İbrahim Əvəzzadə səhər saat 7 civarında 8 təhlükəsizlik agentinin məhkəmə orderi göstərmədən evinə hücumu nəticəsində həbs edilmişdi.

Əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal Hüseyn Azadi sentyabrın 23-də Təbrizin Bağmeşə məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək kəşfiyyat idarəsinin təcridxanasına köçürülmüşdü.

Güneyli fəal Əmirhüseyn Ağayi müvəqqəti azadlığa buraxılıb
Güneyli fəal Əmirhüseyn Ağayi müvəqqəti azadlığa buraxılıb

Hüseyn Azadinin həbsindən 10 gün əvvəl Əmirhüseyn Ağayi Təbrizdə digər 5 milli fəal ilə eyni vaxtda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Onunla birgə sentyabrın 13-də həbs edilən Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər və Seyid Məhəmmədrza Müvəhhidi hələ də nəzarət altında saxlanılır.

Güneyli fəal İbrahim Əvəzzadə müvəqqəti azadlığa buraxılıb
Güneyli fəal İbrahim Əvəzzadə müvəqqəti azadlığa buraxılıb

Sentyabr ayında Məhsa Əmininin İranın əxlaq polisinin nəzarətinə alındıqdan sonra ölməsinin və ölkədə kütləvi etirazların başlanmasının ildönümündə, eləcə də İran Azərbaycanının şəhərlərində Urmiyə gölünün qurumasına qarşı etirazların ildönümü ərəfəsində, çox sayda fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi.

Həmin fəalların nəzarət müddəti dəfələrlə uzadılıb və təxminən 3 aya yaxın təhlükəsizlik qüvvələrinin təcridxanasında sorğu-suala çəkilib.

Forum

XS
SM
MD
LG