Accessibility links

Milli fəal İbrahim Əvəzzadə İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilib


İbrahim Əvəzzadə (Mənbə: Abbas Lisani Telegram kanalı)
İbrahim Əvəzzadə (Mənbə: Abbas Lisani Telegram kanalı)

Hüquq müdafiəçiləri əslən Təbriz şəhərindən olan siyasi fəal İbrahim Əvəzzadənin Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldağına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, siyasi fəal bazar günü Tehranda təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınaraq naməlum yerə köçürülüb.

Əvəzzadənin səhər saatlarında bacısının Tehrandakı evində həbs olunduğu bildirilib.

HRA-nın məlumatına görə, məmurlar fəalı hər hansı hökm və ya order göstərmədən nəzarət altına alıblar.

Sosial şəbəkələrdə yayılan bir səs faylında fəalın bacısı onun tutulması barədə deyir: "Bazar günü səhər saat 7-də həyətin qapısı açıq ikən 8 mülki geyimli şəxs özəl həyata hörmət etmədən zorakılıqla evə daxil olaraq qardaşım İbrahim Əvəzzadəni yuxudan oyadaraq məhkəmə hökmü göstərmədən həbs etdilər."

İbrahim Əvəzzadənin hansı səbəblərə görə tutulduğu barədə məlumat yayılmayıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG