Accessibility links

Milli fəallar Murtuza Nurməhəmmədi və Mehrdad Qadiri müvəqqəti olaraq sərbəst buraxılıb


Murtuza Nurməhəmmədi Nadarlı kəndinin əhalisi tərəfindən qarşılanıb
Murtuza Nurməhəmmədi Nadarlı kəndinin əhalisi tərəfindən qarşılanıb

Noyabrın 28-də milli fəallar Murtuza Nurməhəmmədi və Mehrdad Qadiri təxminən üç aya yaxın həbsdən sonra məhkəmənin son qərarına qədər Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıblar.

Milli fəallar hər biri 500 milyon tümən mülki zəmanət müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Murtuza Nurməhəmmədi sentyabrın 9-da Sufiyan şəhərinin Qeydiyyat İdarəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Nurməhəmmədi Şərqi Azərbaycan vilayətinin Sufiyan şəhərinin Qeydiyyat İdarəsi tərəfindən ona gələn zəngin ardından sentyabrın 9-da həmin idarəyə müraciət edib və orada olduğu zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Nurməhəmmədi 2 ay 20 gün Təbriz Kəşfiyyat İdarəsinin təcridxansında həbsdə saxlanılıb və dindirilib.

Mehrdad Qadiri sentyabrın 14-də Təbrizdə iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, 2 ay 15 gün Təbriz Kəşfiyyat İdarəsi və Təbriz Mərkəzi Həbsxanasında həbsdə saxlanılıb.

Fəalların sərbəst buraxılmasına baxmayaraq, onların həbsinin səbəbi və onlara qarşı irəli sürülən ittihamlar hələ aydınlaşdırılmayıb.

Saxlanılan digər 11 milli fəal hələ də həbsdədir.

Forum

XS
SM
MD
LG