Accessibility links

Məhəmməd Kekalov qaçaqmalçılıqda ittiham olunur


Məhəmməd Kekalov
Məhəmməd Kekalov

"Abzas Media"nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıqda ittiham olunur. O, "Abzas Media" onlayn nəşrinin rəhbərlərinin cinayət işi üzrə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

"Məhəmməd Kekalov eyni cinayət işi üzrə ("Abzas Media"nın direktoru və baş redaktoru Ülvi Həsənli və Sevinc Vaqifqızına qarşı cinayət işi nəzərdə tutulur-red) cəlb edilib və Cinayət Məcəlləsinin 206.3.2- ci maddəsi (qabaqcadan əlbir olaraq qaçaqmalçılıq) üzrə ittiham olunur", o qeyd edib.

Kekalov noyabrın 20-də səhər saxlanılıb. Ülvi Həsənli və Sevinc Vaqifqızı da müvafiq olaraq noyabrın 20-də və 21-də saxlanılıb və onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Xətai Rayon Məhkəməsi onlar barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.

Vəkillər ittihamların əsassız olduğunu bildirib.

Jurnalistlər həbslərini "Abzas Media"nın hakimiyyətin yüksək eşelonlarında korrupsiya faktlarını araşdırması ilə əlaqələndirir.

Jurnalistlərin həbsi Azərbaycanın hökumətyönümlü mətbuatında və digər kütləvi informasiya vasitələrində "Abzas Media"nın, yerli vətəndaş cəmiyyəti təşəbbüslərinin, müxtəlif Qərb institutlarının və ABŞ-ın ünvanına tənqidlər yer aldığı vaxta təsadüf edir.

Forum

XS
SM
MD
LG