Noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılan ictimai fəal Məhəmməd Kekalov barəsində hələ də hər hansı məlumat ala bilmirik.
Bu barədə vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib.
“Dünən və bu gün Daxili İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə, Bakı şəhər Baş Polis İdarəsinə və Ombudsmana müraciət etmişəm. Hələ də Kekalovun harada saxlanılması, hansı səbəbdən saxlanılması ilə bağlı məlumat ala bilməmişik. Dünən saat 12 radələrində bir neçə mülki şəxs Kekalovun yaşadığı evə gəlib. Onlar müəyyən sənədləşmə apararaq ictimai fəalı saxlayıblar, onun kompüterini və mobil telefonunu gütürüblər. Lakin mülki geyimli şəxslər özlərini təqdim etməyib”, vəkil Amerikanın Səsinə deyib.
Xatırladaq ki, noyabrın 20-də Abzas Media xəbər saytı direktoru Ülvi Həsənlini, noyabrın 21-də isə bu nəşrin baş redaktoru Sevinc Vaqifqızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Öz növbəsində, hüquq mühafizə orqanlarından və Ombudsman Aparatından ictimai fəalın harada saxlanılması ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.
Forum