Accessibility links

Azərbaycan Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq sazişini təsdiq edib


Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov (Mənbə: Müdadfiə Nazirliyi)
Azərbaycan və Qazaxıstan müdafiə nazirləri Zakir Həsənov və Ruslan Jaksılıkov (Mənbə: Müdadfiə Nazirliyi)

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Sənəddə qeyd edilir ki, tərəflər hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi-texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək.

Sənəd həmçinin tərəflər arasında rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi, ümumi maraq doğuran məlumat mübadiləsi, konfrans və seminarlarda iştirak kimi formatlarda əməkdaşlığı nəzərdə tutur.

Sənədi iyunun 13-də Gürcüstan parlamenti ratifikasiya edib.

Gürcüstan parlamentinin məlumatına görə, parlamentin iclasında Gürcüstan müdafiə nazirinin müavini Qriqol Qiorqadze iştirak edib.

Sazişi bu ilin aprelində Bakıda Gürcüstan və Azərbaycanın müdafiə nazirləri Cuanşer Burçuladze və Zakir Həsənov imzalayıb.

Forum

XS
SM
MD
LG