Accessibility links

Tbilisi: "3+3" formatı məhz Rusiyaya görə bizim üçün qəbuledilməzdir


Rusiya Gürcüstanın bölgələrini işğal etdiyi müddətdə Gürcüstan Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyəni birləşdirən regional əməkdaşlıq formatında iştirak etməyəcək.

"Bizim üçün bu format məhz Rusiyaya görə qəbuledilməzdir", hakim "Gürcü Arzusu"ndan olan deputat Nikoloz Samxaradze gürcü mediasına bildirib və Tbilisinin bu formatın digər iştirakçıları ilə iki və üçtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

"Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığa töhfə verəcək şəraitinin olması bizim üçün vacibdir. Bu sözdə formatın bir ölkəsi dövlətimizin ərazi bütövlüyünü kobud şəkildə pozursa və onun bir hissəsini tutursa, o zaman, təbii ki, bu formatda iştirakın heç bir mənası yoxdur" - deyə, hakim qüvvənin nümayəndəsi bildirib.

Samxaradze xatırladıb ki, Gürcüstan Rusiya ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlər üzrə Cenevrə danışıqlarında iştirak etmək üzrə on beş illik təcrübəyə malikdir və bu danışıqlar zamanı "o, münaqişənin həlli prosesini irəlilədə biləcək və ya işğalın aradan qaldırılması istiqamətində addımlara töhfə verə biləcək bütün qərarların qəbuluna mane olur".

"Ona görə də mənim Rusiyanın başqa formatda fərqli davranacağına dair heç bir illüziyam yoxdur", "Gürcü Arzusu"nun liderlərindən biri deyib.

Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə əməkdaşlıq ideyası 2021-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilib. Moskva bu təşəbbüsü dəstəkləyib.

Tbilisi əvvəlcə bəyan etmişdi ki, nə qədər ki, Rusiya Gürcüstan ərazilərini işğal edib, əməkdaşlıq mümkün deyil. Bununla belə, birmənalı imtinaya baxmayaraq, Rusiya vaxtaşırı Gürcüstanı beş ölkə ilə "3+3" formatında danışıqlarda iştirak etməyə çağırır, Tbilisini öz mövqeyinə yenidən nəzərdən keçirməyə dəvət edir.

Oktyabrın 23-də Tehranda keçirilən "3+3" formatında iştirakçıların sonuncu görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Gürcüstanın bu formata qoşulacağına ümid etdiyini bildirib və bildirib ki, "Tbilisidəki hazırkı hakimiyyəti, dəfələrlə sübut etdiyi kimi, ilk növbədə bütün addımlarını fundamental milli maraqlarına əsaslanaraq atır...Bu, yaxın gələcəkdə tam hüquqlu "3+3" formatının işləyə biləcəyini deməyə əsas verir".

Öz növbəsində, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da Gürcüstanı "3+3" formatında gələcək görüşlərdə iştirak etməyə çağırıb.

Qey edək ki, 2021-ci il dekabrın 10-da Moskvada keçirilən formatın ilk iclasında Gürcüstan nümayəndə heyətinin iştirak etməməsinə baxmayaraq, Rusiya tərəfi yenə də Gürcüstanın dövlət bayrağını iştirakçı ölkələrin bayraqları arasında yerləşdirib. Gürcüstan Xarici İşlər Nazirliyi daha sonra bu faktı "qəbuledilməz" adlandırıb.

Forum

XS
SM
MD
LG