Accessibility links

AZAL: Bakı-Nyu-York-Bakı təyyarə reysinin nə vaxt bərpa ediləcəyi ilə bağlı rəsmi məlumat mövcud deyil


“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )
“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )

Dünyada COVID-19 pandemiyası baş çatandan sonra Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) demək olar ki, Bakıdan bütün istiqamətlər üzrə təyyarə reyslərini bərpa edib. Həmçinin bir sıra yeni istiqamətlər üzrə yeni təyyarə reysləri açılıb. Ancaq Bakı-Nyu-York Bakı təyyarə reysi hələ də bərpa edilməyib.

Bakı-Nyu-York-Bakı təyyarə reysinin bərpa edilməməsinin səbəbləri və təyyarə reysinin nə vaxt bərpa ediləcəyi ilə bağlı Amerikanın Səsinin sorğusuna AZAL-ın mətbuat xidməti “bu məsələ ilə bağlı rəsmi məlumat mövcud deyil”, - deyə qeyri-müəyyən cavab verib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2014-cü il sentyabrın 24-də Bakı-Nyu-York-Bakı reysi ilə birbaşa uçuşlara başlayıb. COVID-19 pandemiyası ilə əlaqədəar 2020-ci il martın 24-dən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı reysi dayandırılıb.

Forum

XS
SM
MD
LG