ABŞ-ın Nəqliyyat Nazirliyi Azərbaycanın "Silk Way West Airlines" aviaşirkətinə Bakı-NyuYork marşrutu üzrə yükdaşımalar həyata keçirməyə icazə verib.
Trend agentliyinin məlumatına görə bu barədə qlobal aviasiya xəbərlərinin tədarükçüsü olan və İsveçrədə yerləşən “ch-aviation” saytında yerləşdirilmiş məlumatda deyilir.
"Silk Way West Airlines" Azərbaycanın mənzil-qərragahı Bakıda yerləşən "Silk Way Airlines" aviaşirkətinin törəməsidir. Aviaşirkət regionda 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirmək üzrə liderdir.
“Azərbaycan Hava Yolları” QSC sentyabrdan Bakı-Nyu-York marşrutu üzrə birbaşa sərnişin aviadaşımalarını həyata keçirməyə başlayıb.