Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, martın 24-dən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı reysi dayandırılır.
Bununla yanaşı, Bakıdan Daşkəndə, Lvova, Dubaya, Əbu-Dabiyə, Kazana, Minvodıya, Ufaya, Dohaya, Şarjaya, Novosobirska, Yekaterinburqa, Krasnoyarska, Surquta və əks istiqamətdə təyyarə reysləri martın 16, 17, 18-dən dayandırılacaq.