Accessibility links

Metyu Miller: Biz Qubad İbadoğlunun dərhal azad edilməsini tələb edirik


Metyu Miller (Matthew Miller)
Metyu Miller (Matthew Miller)

“Mən əvvəllər demişdim ki, Qubad İbadoğlunun həbsi və saxlanması bizi narahat edir və biz onun dərhal azad edilməsini tələb edirik”.

Bu barədə sentyabrın 14-də ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Turan agentliyinin “Uzun müddət həbsdə olan Qubad İbadoğlunun səhhəti pisləşir. Əgər sakit diplomatiyanız işləmirsə Siz hansı məqamda dərindən narahat olmağa və onun azadlığa buraxılmasını istəyəcəksiniz?” sualınlın cavabında bildirib.

Metyu Miller Turan agentliynin sualının cavabında Laçın yoluna və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononun (Lou Bono) bu həftə regiona səfərinə də toxunub. Onun sözlərinə görə, Luis Bono ABŞ-ın həm qısamüddətli prioritetlə, yəni Laçın dəhlizinin yenidən açılması ilə bağlı, həm də uzunmüddətli prioriteti ilə məşğul olmaqda davam edəcək

“Biz həqiqətən bunun mümkün qədər tez baş verməsini, yəni ümumi məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyirik”, o qeyd eidb.

Miller Luis Bononun Bakıya səfər edib-etməyəcəyi barədə suala cavab verməyib.

Laçın yolu ilə bağlı suala gəlincə, Metyu Miller deyib: “Biz Laçın dəhlizinin dərhal açılmasını istəyirik. Dövlət katibi Blinken həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışıqlar aparıb ki, biz Dağlıq Qarabağda həqiqətən də ağır humanitar vəziyyəti həll etmək üçün Laçın dəhlizinin dərhal açılmasını istəyirik”, o qeyd edib.

Forum

XS
SM
MD
LG