Accessibility links

"Tərtər işi” ilə bağlı 18 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyi deyilir


"Tərtər işi" üzrə həbs olunanların qohumlarının etiraz aksiyası (Arxiv foto. Mənbə: VOA )
"Tərtər işi" üzrə həbs olunanların qohumlarının etiraz aksiyası (Arxiv foto. Mənbə: VOA )

“Tərtər işi” ilə bağlı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə “ Instagram” sosial şəbəkəsində canlı yayım zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

“Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib”, Nemət Əvəzov deyib.

2017-ci ildə Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliynin birgə bəyanatında hərbçilər arasında bir qrup satqının ifşa edildiyi haqqında məlumat yayıb.

Kütləvi həbslər olub. Amma, 2017-ci ilin may-iyun aylarında saxlanılanlara işgəncə verildiyini ictimaiyyət 2019-cu ildə öyrənib. Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, onlardan 25-i uzunmüddətli həbsə məhkum edilib və ən azı 9 nəfər işgəncələr nəticəsində ölüb.

Qurbanların qohumlarının çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət araşdırmanı bərpa edib.

2022-ci ilin dekabrında “Tərtər işi” üzrə 19 müttəhim həbsdən azad edilib. Onlardan 10-na bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.

İşgəncələr altında özünü təqsirli bilən bir neçə nəfər indiyədək həbsdədir.

Bu cinayətlərə görə bir general da daxil olmaqla bir neçə nəfər həbs edilib və azadlıqdan məhrum edilib.

Forum

XS
SM
MD
LG