Accessibility links

"Tərtər işi" ilə məşğul olan vəkilin təzyiqə məruz qaldığı deyilir


"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.
"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər.

2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası Validə Əhmədovanın hüquqlarını müdafiə edən vəkilin təzyiqə məruz qaldığı deyilir. Bu barədə Amerikanın Səsinə Validə Əhmədova məlumat verib.

Əhmədova deyir ki, avqustun 7-də səhər saatlarında onun vəkili Solmaz Kazımovanın evinə bir neçə nəfər axtarışa gəlib.

Validə Əhmədova, 2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası
Validə Əhmədova, 2017-ci ildə Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən Elçin Quliyevin anası

"Axtarış zamanı vəkildən başqa evdə 11 yaşlı bacısı qızı olub. Hər şey uşağın gözünün qabağında olub. Evdən kompüterini, telefonunu, sənədlərini götürüblər, Solmaz xanımı da aparıblar. Bilmirəm ki, axtarış aparanlar kimlərdir, onu hara aparıblar," o bildirib.

Validə Əhmədova hesab edir ki, vəkilinə qarşı təzyiqlər məhz "Tərtər işi" ilə bağlıdır.

"'Tərtər işi' üzrə istintaq qrupunun rəhbəri Qasım Məmmədov Solmaz Kazımovanı çağırıb demişdi ki, cinayət işində generalların ifadələrini mediaya ötürürsən. Solmaz xanım da deyilənləri təkzib edib. Qasım Məmmədovun yanında olan, oğlumun qatili hesab etdiyim, amma bu gün azadlıqda olan, şahid kimi dindirilən şəxslərin adlarını vəkilə vermişdim. Demişdim ki, cinayət işinin materiallarını tam oxuya bilmirəm. Siz həmin adamların ifadələrini mənə verin ki, oxuyum. Vəkil də həmin adamların ifadələrini mənə vermişdi. O adamlar gəlib məhkəmədə ifadə verirlər. Məhkəmə də açıq keçirilir. Buna görə vəkilə təzyiq göstərmək nə dərəcədə doğrudur?"

Validə Əhmədovanın məlumatına görə, Solmaz Kazımova avqustun 7-də, axşam saat 6 radələrində sərbəst buraxılıb.

Baş Prokurorluq bu iddialarla bağlı hələlik mövqe bildirməyib.

Forum

XS
SM
MD
LG