Accessibility links

AŞPA-nın həmməruzəçiləri Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə görüşüb


AŞPA Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristoffersen (Mənbə: Milli Məclis)
AŞPA Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer və Liz Kristoffersen (Mənbə: Milli Məclis)

İyunun 6-da Azərbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersenlə (Norveç) görüşüb.

Asabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, görüşdə insan hüquqları ilə bağlı durum geniş spektrdə müzakirə edilib.

“Hüquq müdafiəçiləri tərəfindən ölkədə siyasi məhbus problemi, media azadlığı, yeni “Media haqqında”, ”Siyasi Partiyalar haqqında” qanunların siyasi partiyaların və medianın fəaliyyətini məhdudlaşdırması, bu qanunların qəbulu zaman Avropa Şurasının Vensiya Komissiyasının təkliflərinin nəzərə alınmaması, toplaşmaq, birləşmək azadlıqlarının məhdudlaşdırılması, “Tərtər işi”, ”Gəncə işi” ilə bağlı məhkəmə hökmləri. Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi və digər çoxsaylı insan hüquqlarını məhdudlaşdıran faktlardan danışdıq”, o qeyd edib.

Asabəli Mustafayev bildirib ki, görüşdə həmçinin Bəxtiyar Hacıyevin və İlkin Süleymanovun məsələsi də diqqət mərkəzində olub.

“Həmçinin biz sənədlər də təqdim etdik. Mən 2014-cü ildə QHT-lərə qarşı cinayət işi çərçivəsində o vaxtkı Baş prokuror Zakir Qaralovun imzaladığı QHT-lərin bank hesablarına həbs qoyulması barədə qərarın surətini təqdim etdim. Bildirdim ki, qərar 11 aydan çox qüvvədə qala bilməz, amma bu qərar 9 il keçməsinə baxmayaraq hələ də qüvvədədir. QHT-lərlə bağlı cinayət işinin icraatı dayadırılsa da istənilən vaxt bərpa edilə bilər. Bu cinayət işinə hələ də xitam verilməyib. Faktiki olaraq ölkədə müstəqil QHT-lərin əklsəriyyəti fəaliyyət göstərə bilmir", o qeyd edib.

XS
SM
MD
LG