Accessibility links

Həbsdə olan Qubad İbadoğlunun Amerikada universitet tələbəsi olan oğlunun otağından oğurluq edildiyi bildirilir


Emin Bayramlının otağı (Fotonu Jalə Bayramova təqdim edib)
Emin Bayramlının otağı (Fotonu Jalə Bayramova təqdim edib)

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Amerikanın Nyu Cersi ştatının Nyu-Brunsvik şəhərindəki (New Brunswick, New Jersey) Rutgers Universitetinin tələbəsi olan oğlu Emin Bayramlının digər tələblərlə qaldığı evdəki otağı naməlum şəxslər tərəfindən qarət edilib.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova Amerikanın Səsinə deyib.

“Qardaşım dünən, avqustun 19-da digər tələbələrlə qaldığı ümumi evə gələrkən otağının qarət edildiyini görüb. Digər otaqlarda qalan tələbə yoldaşlarının əşyalarına toxunmayıblar. Oğrular yalnız qardaşımın şkafını, çarpayını axtarıblar, onun əşyalarını, paltarlarını dağıdıblar. Evdən televizoru və digər hər hansı daşınan dəyərli əşyaları oğurlamayıblar. Oğrular yalnız Eminin çantasını aparıblar. Hansı ki, həmin çantada Eminin sənədləri və atama məxsus olan bir sıra sənədlər var idi. Emin polisə xəbər verib. Polis bildirib ki, onlar axtarış aparmayıblar. Polis hadisə yerinə gəlib, hazırda istintaq-əməliyyat işləri aparır”, Jalə Bayramova qeyd edib.

Jalə Bayramova həmçinin qardaşının otağının fotolarını da yayıb.

Emin Bayramlının otağı (Fotonu Jalə Bayramova təqdim edib)
Emin Bayramlının otağı (Fotonu Jalə Bayramova təqdim edib)

Bununla yanaşı rəsmi qurumlar hələ bu xəbərlə bağlı şərh verməyib.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Forum

XS
SM
MD
LG