Accessibility links

Qubad İbadoğlunun şikayəti qismən təmin edilib


Qubad İbadoğlu
Qubad İbadoğlu

Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində Nərimanov rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

Nərimanov rayon məhkəməsi istintaq orqanı tərəfindən Qubad İbadoğlunun ailə üzvləri ilə görüş və telefon danışıqlarına qoyulan qadağanın ləğv edilməsi barəsində müdafiə tərəfinin məhkəmə nəzarəti qaydasında veridiyi şikayəti icraata götürməkdən imtina edib.

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, bugünkü məhkəmə iclasında Nərimanov rayon məhkəməsinin icraata götürməmək haqqında qərarının qanunsuz olduğu sübut edilib:

"Vəkillər Qubad İbadoğlunun yaxınları ilə telefon danışığına və görüşünə qadağa qoyulması ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət verib. Nərimanov rayon Məhkəməsi şikayəti icraata götürməkdən imtina edib. Bu gün Bakı Apellyasiya Məhkəməsi bununla bağlı şikayəti qismən təmin edərək Nərimanov rayon Məhkəməsinə geri qaytarıb. Bundan əlavə olaraq Qubad İbadoğlunun ailə üzvləri ilə görüşünə artıq icazə veriblər. Bu barədə avqustun 15-də müstəntiqin rəsmi qərarı var. Eyni zamanda telefon danışığına qadağa da iyulun 30-da götürülüb”.

Qubad İbadoğlunun şikayəti qismən təmin edilib
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Məhkəmə iclasında Qubad ibadoğlu iştirak etməyib. Vəkil Fəxrəddin Mehdiyevin sözlərinə görə, Qubad İbadoğlunun səhhəti ilə bağlı problemlər qalmaqdadır. Vəkil qeyd edib ki, Bu məsələni gündəmdə saxlamaq üçün müxtəlif vəsatətlər verəcəklər.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

Forum

XS
SM
MD
LG