Accessibility links

Aİ Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirmək niyyətini pisləyib


Avropa İttifaqı Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərində seçkilər keçirmək qərarını pisləyib, bunu Rusiyanın qeyri-qanuni hərbi nəzarətini legitimləşdirmək niyyəti ilə atdığı növbəti addım adlandırıb.

“Bu həftə Rusiya Mərkəzi Seçki Komissiyası Rusiyanın müvəqqəti hərbi işğalı altında olan Ukrayna ərazilərində sentyabr ayında “seçkilər” keçirmək qərarına gəlib. Bu, Rusiyanın qeyri-qanuni hərbi nəzarətini legitimləşdirmək, Ukraynanın Donetsk, Luhansk, Zaporijye və Xerson vilayətlərini, Krım Muxtar Respublikası və Sevastopol şəhərini ilhaq etmək üçün növbəti səmərəsiz cəhddir”, İttifaqın şənbə günü yaydığı bəyanatında vurğulanır.

Avropa İttifaqı Rusiyanın Ukrayna ərazisində seçki keçirmək üçün heç bir qanuni əsası olmadığını, bunun BMT Nizamnaməsini və Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozduğunu bildirib.

Bəyanatda qeyd edilir ki, Rusiya siyasi rəhbərliyi və qondarma seçkilərin təşkilində iştirak edənlərin hamısı qanunsuz əməllərinin nəticələri ilə üzləşəcək.

“Avropa İttifaqının Ukraynaya dəstəyi dəyişməz olaraq qalır. Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki bütün qoşunlarını və hərbi texnikasını dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmalıdır”.

Rusiya Mərkəzi Seçki Komissiyası iyunun 15-i yaydığı bəyanatında Rusiyanın “yeni regionları” adlandırdığı Donetsk, Luhansk, Zaporijye və Xersonda sentyabrın 10-u parlament və bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin ötən ilin sentyabrı Ukraynanın işğal olunmuş vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olması barədə qərar qəbul edib. Rusiyanın bu addımı Ukrayna və dünyanın əksər ölkələri, o cümlədən BMT tərəfindən qanunsuz hesab edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG