Accessibility links

Zelenski əks-hücum əməliyyatlarının aparıldığını bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 10-da Rusiya qüvvələrinə qarşı əks-hücum əməliyyatları aparıldığını deyib, ancaq təfərrüat verməkdən imtina edib.

“Ukraynada əks-hücum və müdafiə əməliyyatları aparılır,” Zelenski Kyivdə Kanada baş naziri Castin Trudo ilə birgə mətbuat konfransında deyib. Ancaq o, əməliyyatların hansı mərhələdə olduğu barədə təfərrüatları açıqlamayıb.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin iyunun 9-da Ukrayna qüvvələrinin əks-hücuma başladıqlarına dair şərhi ilə bağlı suala cavab olaraq, Ukraynanın yüksək rütbəli ordu zabitlərinin adlarını sadalayıb və onların hamısının “yaxşı əhvalda olduqlarını” bildirib və gülümsəyərək “Bunu Putinə çatdırın” deyib.

İyunun 10-da Kyivə gözlənilməyən səfər edən Trudo 500 milyon Kanada dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb və deyib ki, Kanada ukraynalı pilotlara F-16 döyü təyyarələri ilə bağlı təlim səylərində iştirak edəcək.

Baş nazir əlavə edib ki, Kanada həmçinin Ukrayna ordusunu 287 əlavə hava hücumlarından müdafiə raketləri və 10 min 155 millimetrlik mərmi ilə təmin edəcək.

O bildirib ki, Kanada artıq 1 milyard Kanada dolları dəyərində yardım paketi saxil olmaqla, Ukraynaya milyardlarla dollar yardım edib və əlavə edib ki, Ukrayna xalqı “Kanadanın siyasi, maddi, humanitar və hərbi dəstəyini lazım olduğu müddətdə davam etdirəcəyindən” əmin ola bilər.

Trudo həmçinin mətbuat konfransında deyib ki, Kanada ötən il Kanadaya enən Rusiyaya məxsus Antonov yük təyyarəsini ələ keçirir və təyyarənin Ukraynaya verilməsi prosesinə başlayır.

Zelenskinin ofisi bildirib ki, iki lider Trudonun səfəri zamanı Kanadanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq qaldığını qeyd edən bəyannamə qəbul edib.

“Kanada Ukrayna xalqının və Silahlı Qüvvələrinin müstəqilliyin müdafiəsində göstərdiyi əzm və cəsarətini yüksək qiymətləndirir,” sənəddə deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG