Accessibility links

Rusiya hərbçiləri Kriviy Roqda beşmərtəbəli yaşayış binasını vurublar - 11 nəfər ölüb, 28 nəfər yaralanıb


Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin Kriviy Roq şəhərində beşmərtəbəli yaşayış binasını vurub. Kyiv vaxtı ilə saat 13:00-a olan məlumata görə, 10 nəfər həlak olub, daha 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə şəhər meri Aleksandr Vilkul bildirib.

Dnepropetrovsk vilayətinin regional hərbi administrasiyasının rəhbəri Sergey Lısak bəyan edib ki, Kyiv vaxtı ilə saat 14:15-ə olan məlumata əsasən, Rusiyanın Kriviy Roqa raket hücumu qurbanlarının sayı 11 nəfərə çatıb. "Kriviy Roqda özəl müəssisənin dağıntıları altından daha bir mərhumun cəsədi çıxarılıb. Bu dəhşətli gecədə düşmən şəhərdə 11 dinc sakini qətlə yetirib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb” - deyə, o, Teleqram kanalında yazıb.

Bundan əvvəl o, Rusiyanın atəşi nəticəsində yaralanan 19 Kriviy Roq sakininin xəstəxanada olduğunu bildirmişdi.

Mer Aleksandr Vilkul bildirib ki, iyunun 13-nə keçən gecə Rusiyanın Kriviy Roq şəhərini atəşə tutması nəticəsində bir neçə mülki obyektə, o cümlədən beşmərtəbəli yaşayış binasına ziyan dəyib.

Ukrayna prezidenti Volodimir Zelenski Kriviy Roqda hadisə yerinə aid video yayımlayıb. "Növbəti terrorçu raketlər, rusiyalı qatillər yaşayış binalarına, adi şəhərlərə və insanlara qarşı döyüşlərini davam etdirirlər. Təəssüf ki, ölənlər, yaralananlar var. Kriviy Roqda xilasetmə əməliyyatı davam edir," o bildirib.

“Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin operativ ehtiyatlarının cəmləşdiyi yerlərə, eləcə də silah ambarlarına və xarici istehsal olan sursata uzaqmənzilli dəqiq idarə olunan hava bazalı silahlarla qrup zərbələri endirib. Bütün təyin edilmiş obyektlər vurulub. Zərbələr hədəfinə çatıb” – deyə, Rusiya Müdafiə Nazirliyi bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG