Accessibility links

NATO Ukraynaya daha çox hərbi dəstəyi müzakirə edir


Xerson, Ukrayna. 15 iyun, 2023.
Xerson, Ukrayna. 15 iyun, 2023.

Ukrayna müharibəsində son baş verən hadisələr:

  • Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Ukraynanın Bərpası Konfransından öncə deyib ki, ölkəsi “hər şeyi yenidən quracaq, hər şeyi bərpa edəcək.”
  • Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi çərşənbə günü Ukraynanın Zaporijye Nüvə Elektrik Stansiyasına səfərini təhlükəsizlik səbəbilə təxirə salıb.

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı deyib ki, Ukraynada müharibə Ukraynanın yanında olmağa və dəstəyi davam etdirməyə ehtiyacın olduğunu göstərir.

Stoltenberq NATO-nun baş qərargahında müxbirlərə deyib ki, Ukrayna uzun müddətdir gözlənilən əks-hücumuna başlayandan sonra irəliləyişlər əldə edib və şiddətli döyüşlər zamanı Rusiya qüvvələrinin işğal etdiyi əraziləri azad edib.

“Bu, Ukrayna əsgərlərinin cəsarəti, igidliyi və bacarıqları sayəsində olur, eyni zamanda isə NATO müttəfiqlərinin aylardır Ukraynaya verdiyi dəstəyin döyüş meydanında fərq yaratdığını vurğulayır,” Stoltenberq deyib.

O əlavə edib ki, Ukrayna bu mərhələdə nə qədər müvəffəq olsa, Rusiya Prezidenti Vladimir üzərində danışıq masasına oturmaq üçün bir o qədər çox təzyiq qolacaq və sülh danışıqlarında Ukraynaya üstünlük verəcək.

Stoltenberq deyib ki, əgər müttəfiqlər Ukraynada davamlı sülh istəyirlərsə, Ukrayna qüvvələrini hərbi dəstəklə təmin etməyə davam etməlidirlər.

NATO müdafiə nazirlərinin görüşündən öncə, ABŞ-ın başçılıq etdiyi Ukrayna Əlaqə Qrupu cümə axşamı Brüsseldə Ukraynaya hərbi yardımı müzakirə etmək üçün sessiya keçirib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin iclasın açılışında deyib ki, Ukraynada döyüşlər “sprint deyil, marafondur.”

“Biz Ukraynanı hazırda ehtiyacı olan təcili imkanlar, habelə özünü uzun müddətdə Rusiyanın aqressiyasından qorumaq üçün ehtiyacı olan bacarıqlarla təmin etməyə davam edəcəyik,” Austin deyib.

O, Ukrayna qüvvələrini Ukraynada mülki vətəndaşları Rusiyanın havadan zərbələrindən qorumaq üçün kritik olan hava hücumundan müdafiə sistemləri ilə təmin etməyin vacibliyini vurğulayıb.

“Kremlin imperiya ambisiyaları Ukrayna xalqına ağlasığmaz əzablar yaşadıb, lakin ukraynalılar öz dözümlülükləri, cəsarətləri və ölkələrini azad və təhlükəsiz saxlamağa sarsılmaz sadiqlikləri ilə bizi ruhlandırmağa davam edirlər”, Austin bildirib.

Norveç və Danimarka Ukraynanı minlərlə artilleriya sursatı ilə təmin etmək üçün birgə səylərini elan ediblər.

“Urkaynanın təcili artilleriya sursatlarına ehtiyacı var. Bu səbəblə də, biz yeni ianə üçün Danimarka ilə səylərimizi birləşdirməyə qərar vermişik,” Norveçin müdafiə naziri Bjorn Arild Gram bəyanatında bildirib.

Ukrayna ordusu cümə axşamı Rusiyanın atdığı qanadlı raket və 20 partlayıcı dronlara müdaxilə etdiyini bildirib.

Rusiyanın nəzarət etdiyi Krımda Rusiya qüvvələri doqquz Ukrayna dronunu vurduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG