Accessibility links

Etiraz aksiyasına cəhd zamanı jurnalist xəsarət alıb


Həbsdə olan inanclı insanlarıaksiyası (Arxiv foto. Mənbə: VOA)
Həbsdə olan inanclı insanlarıaksiyası (Arxiv foto. Mənbə: VOA)

İyunun 16-da həbs olunmuş inanclı insanların bir qrup yaxınları Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Etirazçılar qohumlarının günahsız olduğunu, inanclı şəxs olduqları üçün həbs edildikərini bildirib.

Polis cəhdin qarşısını alıb və aksiya istirakçılarını polis avtomobilinə mindirərək aparıb.

Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı Amerikanın Səsinə bildirib ki, hadisə yerindən reportaj hazırlayarkən xəsarət alıb.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Fatimə Mövlamlı (Fotonu Mölamlının özü təqdim edib)
Fatimə Mövlamlı (Fotonu Mölamlının özü təqdim edib)

“Aksiyanı işıqlandıran zaman polis avtomobili ayağımın üstündən keçdi. Kameram da zədələnib. Hazırda ayağım şişib, əlil arabası vasitəsi ilə hərəkət edirəm. Mən Travmatologiya İnstitutunda rentgen müayinəsindən keçdim. Amma xəstəxana nədənsə rentgen müayinəsinin nəticələri və diaqnozla bağlı mənə məlumat vermir. İndi müayinə olunmaq üçün özəl xəstəxanaya gedirəm", Mövlamlı qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, aksiya keçirməyə cəhd edənlər ictimai qaydanı pozduqlarına görə polisə dəvət olunublar.

Jurnalistin dediklərinə gəlincə, Mətbuat xidməti məsələnin araşdırıldığını bildirib.

Son zamanlar Azərbaycanda çoxsaylı dindar insanlar saxlanılıb. Onlar İranla bağlı sorğu-sual edilsə də sonradan narkotik ittihamı verilib.

Hüquq müdafiə təşkilatları son aylarda həbs edilən 89 dindarı siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG