Həmədan vilayətinin Su və Kanalizasiya Şirkətinin baş direktoru bu vilayətin 300 kəndinin su çatışmazlığından əziyyət çəkdiyini bildirib.
İLNA xəbər agentliyinin yaydığı məlumata görə, Fərhad Bəxtiyarifər, Rəzən şəhərində keçirilən su və kanalizasiya vəziyyəti ilə bağlı bir iclasda Həmədan viləyətinin 250-300 kəndinin su çatışmazlığı problemi ilə üz-üzə olduğnu bəyan edib.
Vilayətin Su və Kanalizasiya Şirkətinin baş direktoru Bəxtiyarifər vilayətdə 160 kəndin su çatışmazlığı problemi olduğunu, bu siyahıya 200 yeni kəndin də əlavə olunacağını deyib.
Həmədan vilayətində su çatışmazlığı problemi olan kəndlər su ilə tanker vasitəsilə təmin olunur. Hazırda 160 kəndin tanker vasitəsilə su ehtiyacını təmin edən təşkilatlar hələ ki, qalan kəndlərin su ehtiyacını təmin edə bilmir.
Fərhad Bəxtiyarifərin dediklərinə görə, vilayətin kəndlərində su çatışmazlığı problemi üçün 700 milyard tümən kredit ayrılması təqdirdə, su böhranı olan digər 200 kənd su çatışmazlığı yaşayan kəndlər siyahısına əlavə olunacaq və bu kəndlərə də tanker vasitəsilə su nəqli həyata keçiriləcək.
İran Azərbaycanının kəndlərində içməli su çatışmazlığının kritik vəziyyəti ciddi problemdir. Hökumət kənd sakinlərininin içməli su ehtiyacını tankerlər vasitəsilə təmin edir, lakin ölkədə davam edən su çatışmazlığı böhranı səbəbindən bir çox kəndlər su ehtiyaclarını təmin etməkdə ciddi problemlər yaşayır.