Təbriz Tibb Elmləri Universitetinin 2 min tələbəsi universitetin intizam komitəsinin tələbələrə qarşı qərarlarının ləğvi üçün petisiya imzalayıb.
Sosial mediada yayılan xəbərlərə əsasən, Təbriz Tibb Elmləri Universitetinin 2 min tələbəsi petisiya imzalamaqla tələbələrə qarşı repressiyaları qınamaqla yanaşı universitetin intizam komitəsinin tələbələrə qarşı çıxardığı ağır cəzaların ləğvini tələb edib.
Etirazçı tələbələr imzaladıqları petisiyada İran İslam Respublikasının konstitusiyasındakiı prinsiplərinə istinad edərək ifadə və sərbəst toplaşmaq hüququnu vurğulayaraq, "ölkədə baş verənlərə biganə qalmayan tələbələrin haqqı təhsillərini dayandırma, sürgün və təhdid deyil" - deyə, qeyd edib.
Tələbələr, həmçinin ifadə azadlığı hüququnu, toplaşmaq hüququnu və insanların bütün qanuni hüquqlarını müdafiə etdiklərini bəyan ediblər.
"Biz tələbələrin ifadə azadlığının tapdalanmasının şahidi ola bilmərik. Universitetin intizam şurası həm universitet daxili dosyelərdə, həm də kəşfiyyat idarəsinə göndərdiyi hesabatda, qanunu alət kimi tələbələrə qarşı repressiya məqsədilə istifadə edib" - deyə, tələbələrin imzaladıqları petisiyada bildirilir.
Təbriz Tibb Elmləri Universitetinin 2 min tələbəsinin imzaladıqları petisiyada əsas tələbləri tələbələrin təhsillərinin dayandırılması cəzalarının təmamilə ləğv edilməsi və kəşfiyyat idarəsinə göndərilən 10 tələbənin dosyelərinə üniversitetdə baxılması olub.
Təbriz Tibb Elmləri Universitetinin tələbələri son aylarda dəfələrlə İranda baş tutan kütləvi etirazlar, edam hökmləri və məktəbli qızların zərərlənməsi kimi məsələrlə bağlı piket keçiriblər. Tələbələrin hökumətə qarşı bu etirazlar nəticəsində şox sayda tələbə fərqli təzyiqlərə məruz qalıb.