Accessibility links

Təbrizdə Azərbaycan Şəhid Mədəni Universitetinin tələbələri intizam komitəsi tərəfindən hədələnib


Azərbaycan Şəhid Mədəni Universiteti
Azərbaycan Şəhid Mədəni Universiteti

Təbrizdəki Azərbaycan Şəhid Mədəni Universitetinin təhlükəsizlik işçiləri universitetin bir neçə tələbəsindən şikayət edərək, intizam komitəsinə çağırılıb. Tələbələrin universitetdən qovulmaq və barələrində iş qaldıracağı ilə hədələndikləri bildirilir.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yayımladığı xəbərdə bildirilir ki, bu universitetin 20-yə yaxın tələbəsi intizam komitəsinə çağırılıb və "universitetdə iğtişaşlar və xaos yaratmaq", "universitetin asayişini pozmaq", "müqəddəsləri təhqir etmək" və "sistemə qarşı fəaliyyət göstərmək" kimi ittihamlarla hədələnib.

Bəzi tələbələr universitetin intizam komitəsinin iclaslarında xarici media ilə əlaqədə olmaqda günahlandırılıb və universitetdən xaric olunmaqla hədələniblər.

Tələbələrin universitetin təhlükəsizlik işçilərinin şikayəti və son ümummilli etiraz aksiyalarından sonra intizam komitəsinə çağırıldığı bildirilir.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanının digər universitetlərində, o cümlədən Təbriz Univeristetinin bir sıra tələbələri univeristetin təhlükəsizlik işçiləri tərəfindən çağırılaraq, etirazlarda iştirak etdikləri üçün üniversitetdən qovulmaq kimi təhdidlərə məruz qalıb.

Azərbaycan Şəhid Mədəni Univeristetində tələbələr dəfələrlə İranda son etirazlar zamanı aksiyalar keçirib.

İntizam komitəsi çağırılan tələbələrə qarşı irəli sürülən ittihamları sübut edən sənədlər təqdim etməyib.

XS
SM
MD
LG