Accessibility links

Azərbaycanda mülki şəxs minaya düşərək həlak olub


Cocuq Mərcanlı kəndi, mina təmizləyən (Arxiv foto, Mənbə: VOA)
Cocuq Mərcanlı kəndi, mina təmizləyən (Arxiv foto, Mənbə: VOA)

Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində (Bakıdan 336 kilometr cənub-qərb) mülki şəxs tank əleyhinə minaya düşərək həlak olub.

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayonu Qazaxlar kənd sakini Oktay Alışov at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.

Baş Prokurorluq bildirir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 299 nəfər mina qurbanlarından 55 nəfər həlak olub, 244 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ekspertlərin fikrincə, münaqişə gedən ərazidə yüz minlərlə mina var.

XS
SM
MD
LG