Accessibility links

Azərbaycan Ermənistanla sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasına katib təyin edib


Murad Nəcəfbəyli
Murad Nəcəfbəyli

Murad Nəcəfbəyli Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının katibi vəzifəsinə təyin edilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatına görə, aprelin 12-də Baş nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb.

Peşəkar diplomat Nəcəfbəyli bundan öncə Azərbaycanın Estoniyada və İsveçrədə səfiri olub.

2022-ci ilin mayında prezident İlham Əliyev Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədri vəzifəsinə baş nazirin müavini Şahin Mustafayevi təyin edib. Ermənistan tərəfindən də belə bir komissiya yaradılıb.

Həmin vaxtdan etibarən Azərbaycan və Ermənistan dövlət komissiyalarının 1922-ci ildə mayın 24-də iki ölkənin sərhədində, avqustun 30-da Moskvada, noyabrın 3-də Brüsseldə görüşləri keçirilib.

Amma tərəflər hələ də sərhədin delimitasiyası ilə bağlı mahiyəti üzrə danışıqlara başlamayıb.

Azərbaycan-Ermənistanın hələ müəyyən edilməmiş sərhədi boyunca mütəmadi olaraq qarşılıqlı silahlı insidentlər baş verir. Bu insdidentlər zamanı tərəflər onlarla hərbçi itirib. Sonuncu insident martın 11-də olub. Bu zaman Azərbaycan 3, Ermənistan 4 hərbçisini itirib. Silahlı qarşıdurma zamanı onadək hərbçi yaralanıb.

XS
SM
MD
LG