Accessibility links

Tofiq Yaqublu azadlıqda, siyasi fəalların aclıq aksiyası dayandırılıb


Siyasə fəal Tofiq Yaqublu (mərkəzdə) həyat yoldaşı Maya Yaqublu və həkim Adil Qeybulla ilə.
Siyasə fəal Tofiq Yaqublu (mərkəzdə) həyat yoldaşı Maya Yaqublu və həkim Adil Qeybulla ilə.

30 sutka inzibati həbs cəzası bitdiyi üçün Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu yanvarın 22-də müalicə aldığı Əjdər Məlikov adına 6 saylı xəstəxanadan azadlığa buraxılıb. Aclıq aksiyasının yeddinci günündə o, mülki xəstəxanaya köçürülsə də, polis nəzarətində qalıb.

O Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinəki qidaların keyfiyyətsizliyinə, sovqatların qəbul edilməməsinə etiraz olaraq və siyasi məhbuslara azadlıq tələbi ilə 17 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu: Azadlıq adına aclığı dayandırıram, mübarizənin fəal hissəsi davam edir
please wait

No media source currently available

0:00 0:03:38 0:00

Siyasətçi azadlığa buraxılandan sonra ilk olaraq ona dəstək məqsədi ilə Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən fəallara baş çəkib. Bu zaman Yaqublunun xahişi ilə aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları aclığı dayandırıb.

Tofiq Yaqublu bildirib ki, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə vəkili ilə də konfidensial görüş keçirə bilməyib. Onun sözlərinə görə, onun həbsi əvvəlcədən planlanmış və siyasi sifariş əsasında olub.

Tofiq Yaqublu Müsavat Partiyasında aclıq edən AXCP fəallarına baş çəkib
Tofiq Yaqublu Müsavat Partiyasında aclıq edən AXCP fəallarına baş çəkib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məntəqədəki yeməklərin keyfiyyəti ilə bağlı iddialar “şəxsi mülahizə”dir və saxlanılan şəxslərin qida təminatı qanunla müəyyənləşdirilmiş hüquqi normativə əsaslanır.

Tofiq Yaqublu dekabrın 23-də insan haqları fəalı Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq keçirilmiş aksiyada saxlanılıb və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs olunan yeganə şəxsdir.

Hazırda yalnız həbsdə olan Bəxtiyar Hacıyev aclığı davam etdirir. O, bu gün, yanvarın 22-də artıq 14 gündür aclıq edir. İctimai fəal bundan öncə də 14 gün aclıq edib.

Mövzuya uyğun

XS
SM
MD
LG