Accessibility links

Təbrizdə məhkəmə vəkil Qasim Bodini həbs cəzasına məhkum edib


azərbaycanlı vəkil Qasim Bodi
azərbaycanlı vəkil Qasim Bodi

İran Azərbaycanının Təbriz şəhərində yaşayan vəkil və ictimai fəal Qasim Bodi 5 ay həbs cəzasına məhkum edilib və onun 2 il müddətində ölkədən çıxışına qadağa qoyulub.

Qasim Bodi ona qarşı çıxarılan hökm xəbəri haqda öz Twitter hesabında bildirib. Bodi “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə təqsirli bilinərək 5 ay həbs cəzasına məhkum edilib. Ayrıca 2 il müddətində ölkədən çıxış qadağası ilə cəzalandırılıb.

Azərbaycanlı vəkilin 5 aylıq həbs cəzası təsdiqlənib və o artıq apelyasiya məhkəməsinə şikayət edə bilməz. O həmçinin “insanları üsyanlara sövq etmək” ittihamı ilə 3 ay 1 gün həbs və 8 milyon tümən pul cəzasına məhkum edilib. Bu cəza hələ təsdiqlənməyib və bundan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Qasim Bodi Təbriz Mərkəzi Həbsxanasında saxlandığı müddətdə girov müqabilində müvəqqəti azadlığa buraxılma hüququndan məhrum edilib. O, dindirilmə və saxlanma müddətində vəkildən də məhrum edilib. Ədliyyə sisteminin nəzarətə alınan etirazçılarla bağlı bu rəftarı təkcə insan haqlarının pozulması deyil, həm də İslam Respublikasının öz qanunlarına ziddir.

Bu məsələ ilə bağlı Bodi öz Twitter səhifəsində yazıb: “İstintaq mərhələsində mən prokurora, müstəntiqə və hakimə bildirim ki, ölkə qanunlarına görə cinayət törətmişəmsəm və mənim qarşımda oturan siz qanunun üstünlüyünə inanırsınızmı? Bəs mənim vəkilimi təyin etmək hüququ necə olur? Nə üçün müvəqqəti azadlıq üçün buraxılmış mülki girovu qəbul etməkdən imtina edirsiniz?”

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən verilən bu hökmlə bağlı o bunun tənqid və nəzarətə alınan etirazçı vətəndaşların məhkəmədə müdafiəsini öhdələndiyinə görə verildiyini qeyd edərək, “etiraz və üsyan arasındakı fərqi kim təyin etmək istəyir?” deyə əlavə edib.

Oktyabr ayında Təbrizdə etirazlar zamanı vəkillər Sina Yusifi və Qasim Bodi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bundan sonra isə daha iki vəkil - Əmir Mehdipur və Negin Kiyani həbs edilib. Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan həmin vəkillər kütləvi etirazlarda saxlanılan vətəndaşların hüqunu müdafiə etməyi öz üzərinə götürmüşdülər.

XS
SM
MD
LG