Accessibility links

Təbrizdə iki azərbaycanlı vəkil həbs edilib


Sina Yusifi
Sina Yusifi

Şərqi Azərbaycan vilayətində iki vəkil Sina Yusifi və Qasim Bodi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu vəkillərin həbs xəbəri Şərqi Azərbaycan Vəkillər Kollegiyası üzvlərinin birliyinin İnstaqram səhifəsində dərc olunub.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini, hüquqşünas Sina Yusifi öz Twitter hesabında Təbriz etirazlarında 1700 nəfərin həbs edildiyini və İranda kütləvi etirazlarda saxlanılan vətəndaşlara dəstək məqsədilə "Müdafiə Komitəsi" yaradıldığını bildirmişdi.

Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydıqları məlumata görə, cənab Yusifi Təbriz və Tehranda azərbaycanlı fəalları müdafiə edib.

Yusifinin həbsi ilə bağlı insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumatlı mənbəyə istinadən xəbər verib ki, o, Evin həbsxanasındakı bir naməlum təhlükəsizlik təcridxanasına köçürülüb.

Azərbaycanlı vəkillərə qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.

XS
SM
MD
LG