Accessibility links

Təbrizli daha bir vəkil, Negin Kiyani həbs edilib


Təbrizli vəkil Negin Kiyani
Təbrizli vəkil Negin Kiyani

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü Negin Kiyaninin Təbrizdə təhlükəsizlik qüvvələri təfəindən həbs edildiyi bildirilir.

Azərbaycanlı vəkillərdən biri, Cəfər Afşarniyanın Instaqram səhifəsində paylaşdığı məlumata görə, təbrizli vəkil Negin Kiyani iki həftə öncədən son etiraz aksiyalarında həbs edilən vətəndaşların müdafiəsini üzərinə götürdüyü üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Həmin məlumata əsasən, Negin Kiyani hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır. Lakin onun müvəqqəti azadlığa buraxılması üçün müəyyən edilən mülki zəmanətin məbləği və ona qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur.

Negin Kiyanidən öncə Şərqi Azərbaycan Vəkillər Kollegiyasının daha üç üzvü son etirazlar dalğası ilə eyni zamanda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Son günlər Sina Yusifi və Əmir Mehdipur mülki zəmanət qarşılığmda müvəqqəti olaraq məhkəmə prosesinin başa çatmasına qədər sərbəst buraxılıb, lakin digər vəkil Qasim Bodi hələ də Təbriz Həbsxanasında saxlanılır.

Sosial media və bəzi xəbər portallarında vəkil Qasim Bodinin işində qanunsuzluqlara etiraz olaraq aclıq aksiyasına başladığına dair xəbərlər yayılır.

XS
SM
MD
LG