Accessibility links

ABŞ Səfirliyi: Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirik


ABŞ Səfirliyi
ABŞ Səfirliyi

ABŞ-ın Azərbaycandakı Səfirliyi jurnalist Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavab verib.

“Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirik. Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” səfirliyin mətbuat katibi qeyd edib.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddələri ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etmir, peşə fəaliyyələrinin məhdudlaşıdırılması kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG