Accessibility links

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib


 Elçin Sadıqov və Əvəz Zeynallı
Elçin Sadıqov və Əvəz Zeynallı

Sentyabrın 13-də Bakı Apellyasiya məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə "Xural" İnternet Televiziyasının rəhbəri Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib.

Amerikanın Səsinin müxbirinin məlumatına görə, məhkəmə Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Vəkil Aqil Layıc bildirib ki, məhkəmədə iştirak edən Zeynallı özünü təqsirli bilməyib və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirib.

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilməyib
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Vəkil qeyd edib ki, jurnalist Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.

"Şəraitindən çox razıdır. Həm qidanın, həm həkim müayinəsinin yüksək səviyyədə olduğunu bildirir. Ona hər hansı təzyiq yoxdur".

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində dörd ay müddətində həbs qəti imkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz 311.3.3-cü və Sadıqov Elçin Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG