Aprelin 8-də Bakı şəhərində MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə aprelin 7-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində Gerasimovun Müdafiə Nazirliyində görüşləri olacaq.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Azərbaycan rəsmi səfəri zamanı həm də aprelin 8-də MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.
Xatırladaq ki, bu MDB ölkələri Qərargah Rəisləri Komitəsinin Bakıda keçirilən ilk iclasıdır. Bundan əvvəl 2001 və 2006-cı illərdə Bakıda MDB ölkələri Müdafiə Nazirləri Şurasının iclasları keçirilib.
İnterfaks agentliyi MDB Müdafiə Nazirləri Şurasının (MNŞ) katibi, general-leytenant Aleksandr Sinayskiyə istinadən bildirib ki, Bakı iclasında beş il müddətinə tərəfdaşlıq münasibətləri konsepsiyasının təsdiqlənməsi planlaşdırılır.
İclas Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə keçiriləcək. V.Gerasimov həm də MDB qərargah rəisləri komitəsinin sədridir.
A.Sinayski bildirib ki, komitə üzvləri yeni çağırışlara və təhdidlərə praktiki reaksiya məsələsinə, həmçinin müdafiə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi məsələsinə daha çox diqqət yetirəcəklər.
“Hazırda MDB Müdafiə Nazirləri Şurası hərbi-siyasi ittifaq deyil, regional təşkilat və əsas vəzifəsi mehriban qonşuluq və tərəfdaşlıq çərçivəsində tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsidir”, - A.Sinayski vurğulayıb.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə MDB Qərargah Rəisləri Komitəsinin Bakı iclasında Azərbaycan, Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan Silahlı Qüvvələrinin baş qərargah rəisləri, Tacikistandan isə baş qərargah rəisinin birinci müavini iştirak edəcək.
Bununla yanaşı, Ermənistanın iclasda-iştirak edib-etməyəcəyi hələ təsdiqini tapmayıb. Ukrayna toplantıya qatılmayacaq, Rusiyanın təcavüzü ilə əlaqədar MDB-də sədrliyi dayandırıb və bu təşkilatdan çıxmaq məsələsinə baxır.
MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsi 1996-cı il martın 27-də yaradılıb. Məqsəd MDB Baş qərargahlarının aktual hərbi əməkdaşlıq məsələləri üzrə fəaliyyətinin koordinasiyasıdır. Fəaliyyət üzrə ümumi rəhbərliyi MDB Müdafiə Nazirləri Şurası həyata keçirir.
MDB ölkələri Silahlı Qüvvələrinin qərargah rəislərinin əvvəlki iclası 2013-cü il il aprelin 5-də Astanada keçirilib.
Turan agentliyi məlumatına görə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini Gerasimovun Azərbaycanın təkcə hərbi yox, həm də siyasi rəhbərliyi ilə danışıqları gözlənilir. Lakin prezident İlham Əliyev Baş Qərargah rəisləri ilə görüşməyəcək, çünki Naxçıvanda yerləşən ordunun döyüş hazırlığı ilə tanış olmaq üçün bölgəyə ikigünlük səfərə gedib.