Ermənistan nümayəndəsi Bakıda keçiriləcək MDB ölkələri Baş Qərargah rəisləri komitəsinin iclasında iştirak edəcək. Bu barədə Turan agentliyi Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyana istinadən bildirib.
“Biz iclasda iştirak edəcəyik. İclasda Ermənistanı bizim Moskvadakı nümayəndəmiz təmsil edəcək”, o bildirib. Ovannisyan deyib ki, hələlik nümayəndənin kim olacağını dəqiq açıqlaya bilməz.
Qeyd edək ki, aprelin 7-8-də Bakıda MDB ölkələri Baş Qərargah rəisləri komitəsinin iclası keçiriləcək.