Ukrayna paytaxtı Kiyevdə minlərlə insan prezident Viktor Yanukoviç və baş nazir Mikola Azarovun istefası tələbi ilə bu gün də etiraz nümayişlərini davam etdirib. Ukrayna parlamenti müxalifətin baş nazir Mikola Azarov hökumətinə etimadsızlıq göstərilməsi ilə bağlı səsvermə keçirmək təklifini rədd edib. Avropa İttifaqı ilə razılığı imzalamaqdan imtina edən prezident Yanukoviç bu gün Çinə rəsmi dövlət səfərinə başlayıb. Avropa İttifaqına inteqrasiyanı dəstəkləyən ukraynalıların böyük hissəsi dəyişiklik tələbilə aksiyaları davam etdirmək əzmində olduğunu deyir.
ATƏT ölkələrinin vətəndaş cəmiyyətlərinin liderlərinin iştirakı ilə sammitə qatılmaq üçün Kiyevdə olan El hərəkatının sədri Eldar Namazov Amerikanın Səsinə müsahibədə Ukraynada baş verən hadisələri şərh edib.
Eldar Namazov Ukraynada gedən proseslərin bütün MDB məkanı üçün olduqca böyük əhəmiyyət daşıdığını vurğulayıb. “Ukraynanın avrointeqrasiyası məsələsinin necə həll olmasından çox şey asılıdır. MDB məkanında da bunun çox böyük təsiri olacaq”-deyə o qeyd edib.
Eldar Namazovun sözlərinə görə, paytaxt Kiyevdə əhalinin böyük əksəriyyəti ilə yanaşı Ukraynanın digər bölgələrində də avrointeqrasiya prosesinə böyük dəstək verilir. O eyni zamanda, hazırkı prezident Viktor Yanukoviçi dəstəkləyən ölkənin şərq bölgələrində də vəziyyətin birmənalı olmadığını və orada da ictimai fikrin dəyişməyə başladığını bildirib.
Eldar Namazov Ukrayna üçün avrointeqrasiya kursunun dəyişməz olduğunu deyərək, hadisələrlə bağlı nikbinliyini ifadə edib. “Ukrayna öz seçimini edib, Ukrayna cəmiyyəti öz seçimini edib və bu seçimini öz iradəsilə, nümayişlərlə və etirazlarla sübut edir”-deyə o, Amerikanın Səsinə bildirib.

Ukraynanın avrointeqrasiyası məsələsinin necə həll olmasından çox şey asılıdır. MDB məkanında da bunun çox böyük təsiri olacaq