Accessibility links

Bakıda MDB gənc şərqşünaslarının qurultayı olacaq


Strateji Araşdırmalar Mərkəzi (logo)
Strateji Araşdırmalar Mərkəzi (logo)
Noyabrın 11-14-də Bakıda MDB ölkələri gənc şərqşünaslarının II qurultayını keçirəcək.

Qurultay Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM), Rusiya Elmlər Akademiyası (REA), Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, REA Gənc Alimlər Şurası ilə birlikdə və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə baş tutacaq.

“Şərq cəmiyyətləri: ənənə və müasirlik” mövzusuna həsr olunmuş qurultayın açılışı AMEA əsas binasının dairəvi zalında olacaq. Daha sonra qurultayın işi "Hilton Bakı" mehmanxanasında dörd bölmədə (tarixi araşdırmalar; mənbəşünaslıq; filologiya; fəlsəfə və dinşünaslıq) davam edəcək.

Qurultayda 10 ölkədən 70-ə yaxın tədqiqatçı iştirak edəcək. Tədbirin iştirakçıları arasında gənc alimlərlə yanaşı, fəxri qonaq qismində postsovet məkanının tanınmış şərqşünasları, o cümlədən, Moskva, Sankt-Peterburq və Kiyev Şərqşünaslıq İnstitutlarının rəhbərləri də vardır.
XS
SM
MD
LG