Milli Şuraının və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu 6-cı gündür aclığı davam etdirir. Artıq Yaqubluya dəstək məqsədi ilə sentyabrın 7-dən dörd nəfər Müsavat Partiyasının qərargahında onlara ayırılmış otaqda aclıq aksiyasını davam etdirir. Onlardan 1 nəfər sentyabrın 2-dən, 2 nəfər
Dörd il əvvəl müflis elan olunan "Bank Standart"ın əmanətçiləri Mərkəzi Bankın binası qarşısında etiraz aksiyası keçirib. Onlar əmanətlərinin qaytarılmasını tələb edib. Aksiya iştirakçıları “Bank Standart”: Pullarımızı qaytar!” plakatı qaldırıb, həmçinin “Pulumuzu qaytar!” şüarı səsləndirib.
Bura Binəqədi kəndində yerləşən Binəqədi gölü adlanan ərazidir. Həm yerli əhali, həm də paytaxtın digər yerlərindən olan insanlar buraya balıq tutmağa gəlirlər.
Avqustun 28-də Bakının Yasamal rayonu Şərifzadə küçəsində yerləşən yataqxana binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə və binanın bəzi hissələrində yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Avqustun 27-də bir qrup heyvansevər aktivist Daxili İşlər Nazirliyinin Hospitalının yanında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar bir neçə gün öncə həmin ərazidə 6-ya yaxın itin qanunsuz güllələnməsinə etirazlarını bildirmək üçün toplaşdıqlarını deyiblər.
Avqustun 25-də Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən kaktus adlanan ərazidə bir qrup məcburi köçkün onlara ev verilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Onlar hesab edirlər ki, ailələrin “Qobu-3” kompleksinə köçürülməsi və ev bölgüsü ədalətli formada aparılmır.
Ali Məhkəmənin Tərtər işi üzrə iclası təxirə salınıb İclasın təxirə salınmasına səbəb olaraq bu gün məhkəmədə iştirak edən bütün iddiaçıların vəkil ilə təmin olunmalı olduqları göstərilib.
Avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 20 il keçir. Bu tarix Elçibəyin anım günü kimi qeyd olunur. Bu münasibətlə Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçirib.
Avqust ayının 11-də Bakının keçmiş “Sovetski” ərazisinin sakinləri İsmayıl bəy Qutqaşınlı küçəsində toplaşaraq etiraz aksiyası keçiriblər. Etirazçıların əsas tələbi bir neçə il öncə sökülmüş evlərinə görə onlara hökümət tərəfindən təyin olunmuş kompensasiyaların verilməməsidir.
Bu ilin aprelində bağlanan 4 bankın bir qrup əmanətçisi növbəti dəfə Mərkəzi Bankın binasının qarşısında etiraz aksiyası keçirib. Onlar Konstitusiya Məhkəməsinin qərarının yubanmasına və aidiyyəti qurumların onlara konkret cavab verməməsinə etiraz edir.
Hər il yay aylarında küçələrinə turist axını olan İsmayıllının Lahıc kəndində bu il barmaqla sayılacaq qədər qonaq görmək olar. Bu, həm də burada, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunda turistlər üçün satış edən əl işləri ustalarının gəlirinə də təsir edib. 50 ildən çoxdur misgərliklə məşğul
Son illər meşə ərazilərində yerləşən bir neçə istirahət mərkəzlərində heyvanat parkları qurulduğu müşahidə olunur. Heyvansevərlər və təbiətsevərlər hesab edir ki, heyvanları müştəri cəlb etmək üçün istifadə olunması heyvanların istismardır və yolverilməzdir. Ötən həftə Ismayıllı rayon ərazisində
Birinci Qarabağ müharibəsi zamanı yaradılan Quba-Qusar batalyonunun bölük komandiri İsmət Cəfərov onunla birlikdə müharibədə iştirak edən könüllü batalyon əsgərlərinin əksəriyyətinin hələ də veteran statusu ala bilmədiyindən şikayətçidir.
Heyvan haqları aktivisti Nicat Ismayılov Qurban bayramını heyvanlara qarşı qətliam kimi qiymətləndirir. O hesab edir ki, bu bayram tarixdə bayram yox, adət olub.
Bu gün Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edirlər. Amma əvvəlki illərdən fərqli olaraq bu il koronavirus pandemiyasına görə Azərbaycanda məscidlrdə kütləvi bayram namazı qılınmayacaq. Bundan əlavə, heyvanların bazar mərkəzlərində xüsusi müəyyən edilmiş yerlərdən kənarda kütləvi satışı
İvanovka İsmayıllı rayonunda yerləşən kənddir. Kənd sakinlərinin bildirdiyinə görə, burada çox az adam qalıb, sakinlərin bir çoxu kənddən köçüblər. 1930-cı ildə İvanovkada "kolxoz" qurulub və o bu günə kimi öz fəaliyyətini davam etdirir. Lakin kənd sakinləri Kolxoz İdarəsindən narazıdırlar.
Bu ilin aprelində bağlanan 4 bankın bir qrup əmanətçisi Mərkəzi Bankın binasının qarşısında etiraz aksiyası keçirib. Aksiyada iştirak edən əmanətçilər hesab
İyunun 29-da Türkiyə Cumhuriyyəti vətəndaşı və müvəqqəti yerləşim sənədi olan bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Covid19 pandemiyası ilə əlaqədar olaraq ölkəni tərk edə bilmədiklərindən şikayətlənirlər. Yaranmış problemlə bağlı
Ötən həftə "Gəncə işi" ilə bağlı Bakı Apellyasiya Məhkəməsi keçirilib. Apellyasiya məhkəməsi şikayətləri təmin etməyib.Xatırladaq ki, 2018-ci il iyulun 3-də o zaman Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.
Azərbaycanda xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib.
Daha çox yüklə