Binəqədi gölü ətrafında təmizlik aksiyası keçirilib
Bura Binəqədi kəndində yerləşən Binəqədi gölü adlanan ərazidir. Həm yerli əhali, həm də paytaxtın digər yerlərindən olan insanlar buraya balıq tutmağa gəlirlər. Balıqçı Məmmədov Məmməd deyir ki, o, bura ilə ötən əsrin 80-ci illərindən tanışdır və o zamanlardan bu günə qədər bura gələnlər gölün ətrafını zibilləyirlər. Elə buna görə də, o və gölün kirlənməsinə laqeyd yanaşmayan bir neçə digər balıqçı dostları Facebook sosial şəbəkəsində təbiəti mühafizə təşəbbüslərindən olan Ecofront-un səhifəsinə yardım üçün müraciət ediblər. Ecofront təşəbbüs qrupunun təsisiçisi Cavid Qara deyir ki, göldə uzun zamandır dərin təmizlik işləri aparılmayıb. Könüllülər aksiyanın tamamında ərazidə zibil üçün yer ayırmaqı planlayır. Cavid Qara həm də qeyd edir ki, zibilləri daşımaqda Binəqədi kənd Bələdiyyəsi onlara dəstək edəcək.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi