Accessibility links

"Gəncə işi" ilə bağlı Bakı Apellyasiya Məhkəməsi keçirilib


"Gəncə işi" ilə bağlı Bakı Apellyasiya Məhkəməsi keçirilib
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Ötən həftə "Gəncə işi" ilə bağlı Bakı Apellyasiya Məhkəməsi keçirilib. Apellyasiya məhkəməsi şikayətləri təmin etməyib. Xatırladaq ki, 2018-ci il iyulun 3-də o zaman Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olan Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edirlər ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.

XS
SM
MD
LG