"Füzuli rayonunda olan uçurdulan evimi istəyirəm"
Avqustun 25-də Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən kaktus adlanan ərazidə bir qrup məcburi köçkün onlara ev verilməsi ilə bağlı etiraz aksiyası keçiriblər. Onlar hesab edirlər ki, ailələrin “Qobu-3” kompleksinə köçürülməsi və ev bölgüsü ədalətli formada aparılmır. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mövqeyini öyrənmək üçün əlaqə saxlamaq mümkün olmayıb.
Episodes
-
Noyabr 17, 2024
ABŞ-da seçilən prezident üçün keçid dövrü həftələrlə vaxt çəkir
-
Noyabr 15, 2024
"Arşın mal alan" Ankarada yenidən səhnələndi