Bakı 13-15 sentyabr tarixlərində Formula 1 yarışlarına ev sahibliyi edəcək. Əhalinin bir qismi bu yarışların Bakıda keçirilməsini müsbət qiymətləndirsə də, əksəriyyət şəhər mərkəzinin gəzinti üçün çətinləşməsi ilə bağlı narazılığını ifadə edib.
Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra Amerikanın Səsinə müsahibə verib.
Qubada dağ ətəyində yerləşən Cimi kəndinin sakinləri öz problemlərini bölüşür. İşsizlik, qazın olmaması kəndi tərk edənlərini sayını günbəgün artırır. Qonşuluqda yerləşən Qonaqkənddə asfalt çəkilsə də, ordan Cimiyə kimi 3 kilometrlik məsafə çınqıl-daşlı yoldur.
Martın 7-də “Qarabağ” klubu Avropa Liqasının 1/8 mərhələsində Almaniyanın “Bayer Leverkusen” klubu ilə ilk matçına çıxdı. Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən oyunda ilk hissədən sonra 2:0 hesabıyla irəlidə olsalar da, yekun hesab 2:2 oldu.
Martın 6-da polis əməkdaşları III Respublika Platformasının spikeri Akif Qurbanovun evində axtarış aparıblar. Vəkili Şəhla Hümbətova danışır.
"Qarabağ" futbol klubu UEFA Avropa Liqasında Portuqaliyanın "Braqa" klubu ilə iki görüşün nəticəsinə görə yarışın 1/8 finalına yüksəlməyə müvəffəq olub. Bu, Azərbaycan klubunun Avropa futbol yarışlarında ən yüksək göstəricisidir.
Ramiz Əliyev 30 il ərzində 5 minə yaxın saat toplayıb. Saat kolleksiyasına atasının ölümündən sonra xatirəsini yaşatmaq üçün qərar verib. Saatların bəziləri ona atasından qalıb. Böyük əksəriyyətini isə özü toplayıb.
Qubanın Əlik kəndindən fotoreportaj.
İyunun 28-də Azərbaycanda Qurban bayramı qeyd edilib, məscidlərdə bayram namazı qılınıb.
Əkrəm İmamoğlu: “Çox pis iftiralarla qarşı-qarşıya qaldıq, bunların olmasını istəməzdik” İstabul meri, Cümhuriyyət Xalq Partiyasının liderlərindən biri Əkrəm İmamoğlu Türkiyə prezident seçkilərinin ikinci turunda İstanbulda səs verdikdən sonra mətbuat qarşısında çıxış edib.
Ukraynanın hərbi hospitallarından birində müharibənin ilk günlərindən həm mülki şəxslərə, həm də əsgərlərə kömək edən könüllülər bir araya gəlib. 29 ildir ki, Xarkivda yaşayan Kamran Şükürov müharibənin ilk günlərindən yardım səylərində fəal iştirak etdiyini deyir.
Türkiyədə prezident seçkiləri keçirilir. Türkiyənin ən böyük şəhəri və seçkinin nəticələri üçün ən önəmli şəhərlərdən biri olan İstanbulun meri, CHP partiyasından Ekrem İmamoğlu səsini verəndən sonra seçki məntəqəsinin önündə tərəfdarları qarşısında çıxış edib.
Müharibənin ilk günlərindən Ukraynanın tibb işçiləri ağır iş rejiminə keçiblər. Onların arasında azərbaycanlı cərrahlar da var. Amerikanın Səsi ilə söhbətlərində Anar Quliyev və Polad Azadov yaşadıqları reallıq haqda danışırlar.
Ukraynanın Xarkiv şəhərinin mərkəzində Nizami Gəncəviyə qoyulan abidə Katib Məmmədovun əl işidir. Hazırda Xarkiv Dizayn Akademiyasının professoru olan Katib Məmmədov müharibə başlayandan bəri bir sıra planların təxirə salındığını deyir.
Daha çox yüklə