“Təzəpir” məscidi ətrafında yerləşən Nizami və Lev Tolstoy küçələrindəki yaşayış evlərinin söküləcəyi bildirilir. Sakinlər onlara təklif olunan məbləğdən narazı olduqlarını, həmin məbləğə şəhərdən ev almaq mümkün olmadığını deyirlər. Sakinlərə verilən məlumata əsasən, söküntü işləri COP29 İqlim Konfransından sonra başlayacaq və sökülən evlərin yerində park salınacaq.