Türkiyədə prezident seçkiləri keçirilir. Türkiyənin ən böyük şəhəri və seçkinin nəticələri üçün ən önəmli şəhərlərdən biri olan İstanbulun meri, CHP partiyasından Ekrem İmamoğlu səsini verəndən sonra seçki məntəqəsinin önündə tərəfdarları qarşısında çıxış edib.
Müharibənin ilk günlərindən Ukraynanın tibb işçiləri ağır iş rejiminə keçiblər. Onların arasında azərbaycanlı cərrahlar da var. Amerikanın Səsi ilə söhbətlərində Anar Quliyev və Polad Azadov yaşadıqları reallıq haqda danışırlar.
Ukraynanın Xarkiv şəhərinin mərkəzində Nizami Gəncəviyə qoyulan abidə Katib Məmmədovun əl işidir. Hazırda Xarkiv Dizayn Akademiyasının professoru olan Katib Məmmədov müharibə başlayandan bəri bir sıra planların təxirə salındığını deyir.
Təlimçi Ruslan Serbov hər gün Ukrayna paytaxtı Kyivdə könüllü qaydada hərbi təlimlər keçir. Vaxtikən Azovstalda döyüşmüş və bir ayağını itirmiş Serbov təlimlərə gələn adamların vətəni və ailələrini qorumaq üçün döyüş hazırlığı keçdiyini bildirir.
“İnanmadım, pəncərədən baxdım və müharibənin səslərini hiss etməyə başladım,” deyə güləşçi Pərviz Nəsibov ötən ilin fevralında Xersonda yaşadığı hissləri xatırlayır. Azərbaycanlı idmançılar hazırkı məşqləri və Ukraynanı beynəlxalq yarışlarda təmsil etmək planları haqda danışırlar.
Azərbaycan əsilli müharibə iştirakçıları Ukraynada gedən müharibəni İkinci Dünya Müharibəsi zamanı faşist təcavüzünə qarşı aparılan müharibəyə bənzədir.
Ukraynanın Borodyanka qəsəbəsinin sakini Kostya Baskakov Amerikanın Səsinin müxbiri Əziz Kərimovla söhbətində müharibənin doğma yurduna gətirdiyi dağıntıları təsvir edib.
Rusiyanın Ukraynaya hücumunun və Ukrayna ordusunun müqavimət göstərməkdə davam etdiyi bir vaxt ölkənin bəzi yerlərində bərpa işləri aparılır. Əməkdaşımız Əziz Kərimovun Ukraynada çəkdiyi son fotoları sizlərlə paylaşırıq.
2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə Samir Rüstəmov Ukrayna ordusunda hərbçi idi. Müharibənin ilk günlərindən hərbi əməliyyatlara qatılan Samir cəmi bir il idi ki, evlənmişdi. Xarkiv uğrunda gedən döyüşlərdə həlak olan Samirin ailəsi onunla bağlı xatirələrini Amerikanın Səsi ilə paylaşıb.
Kyivdə xüsusi ayrılmış poliqonlarda ixtisaslaşmış təlimçilər könüllülərə oldu silahdan istifadə, ilk tibbi yardım, avtomobildən evakuasiya, silahlı hücümdan və bombadan qorunma mövzusunda təlimlər keçirir. Hər gün 5 saata qədər davam edən təlimlərdə təxminən 15 min könüllü iştirak edib.
Daha çox yüklə